Bia.Az

Hizbullah İsrail ordusunun kazarmalarını minaatanlardan atəşə tutub

Dünya
 13-01-2024, 19:53     297

Şiə Hizbullah quruplaşmasının silahlı qanadı Livanın cənubundakı sərhəd bölgəsindən İsrail ordusuna qarşı əməliyyat keçirdiyini elan edib.


Bizimyol.info xəbər verir ki, "Al Mayadeen" telekanalı tərəfindən yayımlanan bir bəyanatda birləşmə, şiə döyüşçülərin İsrailin şimalındakı Biranit qəsəbəsində İsrail ordusunun kazarmalarını bir neçə raket atəşinə tutduqlarını bildirib. Birbaşa zərbə nəticəsində düşmən sıralarında ölən və yaralananların olduğu iddia edilir.

Birket Riş və Əl-Asidəki İsrail postlarına və mexanikləşdirilmiş patrullarına da tank əleyhinə idarə olunan raket hücumları həyata keçirilib. Bu hücumların nəticələri barədə ətraflı məlumat verilmir.

İsrail Hərbi Hava Qüvvələri buna cavab olaraq Hizbullahın Mays əl-Cəbəl və Yarun məntəqələrinə zərbələr endirib və artilleriya Mərvahin və Hammul kəndlərinin kənarına ən azı 25 mərmi atıb. Hadisə şahidləri bu ərazilərə təcili yardım maşınlarının getdiyini, sakinlər arasında yaralıların olduğunu bildiriblər.скачать dle 12.1