Bia.Az

Tayvan müxalifəti hakim partiyanın qələbəsini tanıyıb

Dünya
 13-01-2024, 19:51     277

Tayvanın müxalifət partiyaları - Kuomintang və mərkəzçi Tayvan Xalq Partiyasının namizədləri seçkidə məğlub olduqlarını elan ediblər və adanın hakim Demokratik Tərəqqi Partiyasının (DTP) namizədinin qələbəsini tanıdıqlarını bildiriblər.

Bizimyol.info xəbər verir ki, onların müraciəti Tayvanın "TVBS" telekanalı tərəfindən yayımlanıb.

"Hamını incidirəm, buna görə dərin üzr istəyirik, üzr istəyirik, günahkar bizik", - deyə "Kuomintang" namizədi Hou Yui bildirib. "DTP-dən olan namizəd Lai Qingde və Xiao Meiqini təbrik edirik", - deyə o əlavə edib.
Öz növbəsində Tayvan Xalq Partiyasının sədri Ke Venje dəstəklərinə görə tərəfdarlarına təşəkkür edib: "Növbəti seçkilərdə səs çoxluğu əldə edib, hakimiyyəti bu seçkinin qaliblərinin əlindən geri ala bilərik. Bunun üçün artıq gələcək seçkilərə hazırlaşmalıyıq", - deyib.
Tayvan administrasiyasının rəhbəri və onun qanunvericilik yuanının (parlament) deputatlarının seçkiləri üzrə səsvermə şənbə günü yerli vaxtla saat 08:00-dan 16:00-a qədər keçirilib.
Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.скачать dle 12.1