Bia.Az

Sinaqoqun altından qazılan tunellər dörd binaya zərər verib - Nyu-York Bələdiyyəsi

Dünya
 13-01-2024, 11:13     193

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda pravoslav yəhudilərin Çabad-Lubaviç sinaqoqunun altında aşkarlanan tunellərin ətrafdakı binaların infrastrukturuna ziyan vurduğu məlum olub.

Bizmyol.info xəbər verierir ki, Nyu-York Bələdiyyəsindən "Hürriyet"ə verilən məlumata görə, çərşənbə axşamı səhər hadisə yerinə gələn səlahiyyətlilər, görünməmiş bir hadisə ilə qarşılaşdı; yəhudi icması tərəfindən qazılan 2,5 metr enində və 1,5 metr hündürlüyündə gizli tunellərin dörd binanın altından keçdiyini və bu tikililərin təməllərini təhlükə altına atdığını müəyyən edib.
Bələdiyyədən verilən açıqlamada: “Tunelin alətlər və fəhlələrin tullantıları istisna olmaqla boş olduğu müəyyən edilib”, - deyə bildirilib.
Nyu York Bələdiyyəsi tərəfindən edilən yazılı açıqlamada sinaqoq yaxınlığındakı binalara təxliyə əmri verildiyi bildirilib. Bələdiyyə sözçüsü Endryu Rudanski: “Mühəndislərimiz müəyyən ediblər ki, tunel yaratmaq üçün aparılan qazıntı işləri iki binaya ziyan vurub və hər iki binada konstruksiyaya davamlılıq problemi yaradıb. Struktur dayanıqlığı ilə bağlı narahatlıqlara görə, biz hər iki birmərtəbəli bina üçün evakuasiya əmri vermişik”, - deyib.

“Maraqlıdır ki, biz hadisə yerində olarkən yəhudi icmasının üzvləri bizimlə söhbət etməyə gəlib və bazar ertəsi baş verən hadisədən sonra icmanın irəli sürdüyü rəsmi rəvayətləri yaymağa çalışıblar. Adının açıqlanmasını istəməyən icma üzvü: “Bu qazıntılar zamanı icma rəhbərlərinin və digər icma üzvlərinin bundan xəbəri olmayıb”,- deyə sualıma cavab verdilər. Bəzi gənclərin yaxşı niyyətlə etdikləri budur. Cəhənnəmə aparan yol yaxşı niyyətlə görülür. Onlar COVID-19 zamanı cansıxıcı olanda sinaqoqlarını genişləndirmək üçün heç kimə xəbər vermədən özbaşına bu işə başlayıblar”. Həmçinin biz orada olarkən yəhudi icmasının üzvləri müxtəlif vaxtlarda yanımıza gələrək dedilər: “Sən yəhudisən? Niyə burdasan? Bizi dəli kimi göstərməyə çalışırsan? Burada heç bir gizli tunel yoxdur”, - deyə o qeyd edib.
Ərazidə araşdırma aparan polisə müqavimət göstərən yəhudi icmasının üzvləri saxlanılıb.

"New York Post" qəzetinin əldə etdiyi məlumat yəhudi icmasının bəyanatları ilə üst-üstə düşmür. Tunelin qazılması üçün “mühacir işçilər” götürüldüyü və qazıntı işlərinin daha çox meksikalılar tərəfindən aparıldığı iddia edilir. Belə böyük tunelin qazılması zamanı camaatdan heç kimin məlumatlandırılmadığı iddiası və qazıntı zamanı üstü açılacaq qazıntının gizli şəkildə necə zərərsizləşdiriləcəyi ilə bağlı suallar hələ də cavablandırılmayıb.

Bazar ertəsi tuneli bağlamaq üçün betonqarışdıran maşının əraziyə gətirilməsindən sonra sinaqoqdakı icma üzvləri ilə polis əməkdaşları arasında qarşıdurma baş verib.скачать dle 12.1