Bia.Az

Tramp: “Co Bayden ABŞ tarixinin ən pis prezidentidir”

Dünya
 13-01-2024, 11:10     173

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonun rəhbəri Lloyd Ostinin xəstəxana otağındakı noutbukdan Yəməndəki husi hədəflərinə zərbələr endirməsini tənqid edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Truth sosial" platformasındakı səhifəsində yazıb.

"Açıq danışaq. Mən artıq İŞİD-i məğlub etdiyim bir vaxtda və beş gündür itkin düşmüş müdafiə nazirimiz xəstəxana otağında noutbukdan döyüşü idarə edərkən, bütün Yaxın Şərqə yenidən bombalar yağdırırıq", - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, bu əməliyyat “Əfqanıstanda təslim olan” eyni şəxslər tərəfindən həyata keçirilir və xatırlamalıyıq ki, onların bu hərəkətləri “ABŞ tarixinin ən biabırçı anı” olub. “Hazırda Ukrayna, İsrail və Yəməndə müharibələrimiz var, lakin cənub sərhədimizdə “müharibə” yoxdur. Co Bayden ABŞ tarixinin ən pis prezidentidir”, - deyə ABŞ-ın keçmiş rəhbəri qeyd edib.

Yanvarın 1-i axşam saatlarında Pentaqonun rəhbəri Valter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilib, yanvarın 2-də isə onun səlahiyyətlərinin bir hissəsi onun müavini Ketlin Hiksə verilib. Tibb mərkəzinin yanvarın 9-da dərc olunan bəyanatında deyilir ki, mütəxəssislər müdafiə nazirinə 2023-cü ilin dekabrında prostat vəzi xərçəngi diaqnozu qoyub, yanvarın 1-də əməliyyat olunub. Mütəxəssislər Ostinin tam bərpa olunacağını gözlədiklərini, lakin bunun uzun bir proses ola biləcəyini qeyd etdilər.скачать dle 12.1