Bia.Az

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisinin başa çatdığını bildirib

Dünya
 12-01-2024, 16:20     219

"Erməni tərəfi Türkiyə ilə iki ölkənin quru sərhədində 30 ildən artıq bağlı qalan ilk əməliyyat keçid məntəqəsi olmalı olan Marqara keçid məntəqəsində tikinti və bərpa işlərini başa çatdırıb".

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat konfransında Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan məlumat verib.

“Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, deyə o qeyd edib.

Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildən, Ankaranın Qarabağdakı hadisələrə görə bunu birtərəfli qaydada etdiyi vaxtdan bəri bağlı qalıb. Ötən ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, ölkələr sərhədləri üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşıblar. Həmin ilin aprelində erməni tərəfi Marqara keçid məntəqəsində hazırlıq işlərinə başlayıb.
Ümumi sərhədə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib.

2021-ci ildə Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini açıqlayıb, Yerevan və Ankara bu iş üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.скачать dle 12.1