Bia.Az

Prezident Ərdoğan: "Ankaranın namizədini bazar günü açıqlayacağıq"

Dünya
 12-01-2024, 16:18     215

“Biz İstanbulda yerləşən bəzi vilayətlərin açıqlamalarını verdik. Bazar günü Ankara və qalan vilayətlərlə bağlı açıqlamalar verəcəyik".

Bizimyol.info xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra verdiyi açıqlamada deyib.

"Əziz dostlar, biz İstanbulda yerləşən bəzi vilayətlərlə bağlı açıqlamalar vermişdik. Artıq siz bunu bilirsiz. Bazar günü Ankara və qalan vilayətlərlə bağlı açıqlamalar verəcəyik. Biz bunu bazara çıxarmağa çalışırıq. Biz bunu bazar günü ATO Konqres zalında elan edəcəyik", - deyə Ərdoğan qeyd edib.
"Biz Xalq Birliyi olaraq nə edə biləcəyimizi səmimi qiymətləndiririk. MHP Manisa və Mersində işini davam etdirir və onlar da güclüdürlər və dostlarımızla birgə işlərini həyata keçirirlər. Möhkəm addımlar atan Xalq Birliyi qarşı tərəfdəkilərin gözlənilməz məyusluğuna səbəb olacaq", - deyə o bildirib.
Yaxlın Şərqdəki vəziyyətlə bağlı mövqe bildirən Türkiyə Prezidenti qeyd edib ki, İsrail Fələstində qeyri-mütənasib güc tətbiq edir. "Qırmızı dənizi qan gölünə çevirməyə can atırlar. Hazırda bir çox kanaldan xəbərlər alırıq. Husilərin uğurlu cavablar verdiyini müxtəlif kanallardan öyrənirik.
Təqdim etdiyimiz sənədlərlə İsrailin günahkar olduğub sübut ediləcək. İsrail Fələstinə qarşı hücumu ilə bölgəni qan gölünə çevirdi. Orada xəsarətlər alan müsəlman bacı və qardaşlarımızı, bacardığımız qədər, gətirib xəstəxanalarda müalicə edirik.
Netanyahunun xilası üçün müdafiə olunası heç bir vasitə yoxdur. Bu nöqtədə mən prezident Hersoqu çox daha mehriban bir atmosferdə görərdim, amma son vaxtlar o da, Netanyahunu təqlid edir və çox fərqli bəyanatlar verməyə başlayıb. Onlar söz hücumları ilə Tayyib Ərdoğanı məğlub edə bilməzlər. Biz həqiqətin yanındayıq. Zalımlar həmişə məğlub olublar", - detə Türkiyə Prezidenti qeyd edib.скачать dle 12.1