Bia.Az

Yanvarın 1-də İrəvanda yaşanan hadisəyə görə narahatıq – Rusiya XİN

Dünya
 12-01-2024, 15:53     182

“Moskva İrəvanın sülh danışıqlarında geriləmə olmasına dair açıqlamalarının ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə müşaviri Lui Bononun Ermənistana səfəri ilə əlaqdər olduğunu istisna etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN rəsmisi faşist ideyalarının təbliğatçısı olan Qaregin Nijdenin heykəli önündə keçirilən aksiyadan danışıb:

“Biz yanvarın 1-də İrəvanın mərkəzində faşist gənclərin yürüş keçirməsindən narahatıq. Hüquq-mühafizə orqanlarının buna mane olmaması bizi təəccübləndirdi. Ermənistan hakimiyyətinin lazımı cavab verməməsinə görə təəssüf hissi keçiririk. Biz əminik ki, nasizmin istənilən təzahürünün kökü kəsilməlidir”.скачать dle 12.1