Bia.Az

Erməni general atəş açıb qaçdı: yaralı var – FOTO

Dünya
 12-01-2024, 15:50     182

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan Kotaykda baş verən insidentə görə həbs edilib.

Globalinfo.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.


***
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan restoranda müştəriyə atəş açıb. 

Globalinfo.az xəbər verir ki, hadisə Kotaykdakı restoranların birində keçirilən məclisdə baş verib.

Məlumata görə, T.Xaçatryan sərxoş vəziyyətdə mübahisə zamanı tapançasından atəş açıb. Nəticədə yan masada oturan və mübahisədə iştirak etməyən bir şəxs yaralanıb.

Erməni generalın hadisə yerindən dərhal qaçdığı, hazırda hüquq-mühafizə orqanlarının onu axtardığı bildirilir.

Qeyd edək ki, Tiran Xaçatryan hər iki Qarabağ müharibəsində iştirak edib. 2020-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi döyüşlərdə rol oynayıb. 2021-ci ildə Nikol Paşinyanın baş nazir postundan istefasını tələb edən 40-dan çox rütbəli şəxslə birlikdə T.Xaçatryan da vəzifəsindən azad edilib.скачать dle 12.1