Bia.Az

Sunak: Britaniya gəmiləri husilərdən qorumaq üçün Qırmızı dənizdə patrul fəaliyyətini davam etdirir

Dünya
 12-01-2024, 14:10     174

Britaniya Hərbi Dəniz Qüvvələri Ənsar Allah hərəkatının Yəmən Husi üsyançılarının növbəti "təcavüzünün" qarşısını almaq üçün Qırmızı dənizdə patrul fəaliyyətini davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə birləşmiş krallığın baş naziri Rişi Sunakın bəyanatında deyilir.

“Kral Hərbi Dəniz Qüvvələri Husilərin su nəqliyyatına növbəti təcavüzünün qarşısını almaq üçün beynəlxalq “Prosperity Guardian” əməliyyatının bir hissəsi olaraq Qırmızı dənizdə patrul xidmətini davam etdirir. Biz onları hücumları dayandırmağa və gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə hökumət başçısı qeyd edib.

O, həmçinin qeyd edib ki, Böyük Britaniya və ABŞ-ın Yəmən daxilində üsyançıların mövqelərinə zərbələr endirməsi özünümüdafiə məqsədilə həyata keçirilən məhdud və mütənasib bir hərəkətdir: "Nəqliyyat, ərzaq, enerji və ya enerjidaşıyıcı vasitələri kimi Beynəlxalq layihələri təhdid altına alaraq bundan təzyiq vasitəsi kimi istifadə etmək, günahsız insanları hədəf alaraq onların həyatına təhlükə yaratmaq, terror hadisələri təşkil etmək yolverilməz haldır. Biz bunu qarşısını almaq üçün vacib olan hər şeyi etməyə hazırıq. Hərbi gücləriniz bölgədə vəziyyətə nəzarət edir", - deyə o qeyd edib.скачать dle 12.1