Bia.Az

"İstifadə müddəti bitmiş elektron tullantılar təbiətə və insan sağlamlığına zərər verir"

Dünya
 12-01-2024, 13:58     174

"İstifadə müddəti bitmiş elektron əşyaları har gəldi atmaq təbiəti çikləndirir və insanlara zərər verir".


Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatına bununla bağlı münasibət bildirən Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Çorlu Mühəndislik Fakültəsi Dekanı Prof. Dr. Lokman Hakan Tecer deyib.

Bu məhsulların tullantı toplama mərkəzlərinə çatdırılaraq iqtisadiyyata təkrar emal edildiyini izah edən Tecer: “Bu günkü kompüterlər, telefonlar və digər elektron cihazların faydalı ömrü var. Bu bitirdikdən sonra onlar ətraf mühitdə tullantıya çevrilir. Biz onların ayrı-ayrılıqda toplanaraq zərərsizləşdirilməsini təmin etməliyik”, - deyə o qeyd edib.

Təkrar istehsalda təkrar emal edilmiş materiallardan istifadənin əhəmiyyətinə toxunan Tecer, bu yolla məhdud təbii ehtiyatlara qənaət edilə biləcəyini bildirib. Tecer ətraf mühitə fərq qoymadan atılan elektron əşyaların təbiətə böyük ziyan vurduğunu xüsusi olaraq qeyd edtdiyini bildirib.

Tecer, bəzi elektron tullantıların ətraf mühitə və canlılara zərər verən ağır metalların olduğunu deyib:

“Elektron tullantıların bəzilərində ağır metallar var. Bu metallar torpağa qarışdıqda oradakı maddələrlə qarşılıqlı əlaqədə olur və dolayısı ilə insan sağlamlığına təsir göstərir. Xüsusi yerlərə atılmayan elektron tullantılar səbəbindən ətraf mühitə dəyən ziyan da artır”, - deyə o qeyd edib.

Elektron cihazların təhlükəli tullantılar kimi təsnif edildiyini xatırladan Tecer, vətəndaşların bu tullantıların təkrar emalı mövzusunda daha həssas olması lazım olduğunu söyləyib.

Qeyd edək ki, ölkəmizdə də bu problem yaşanmaqdadır. Bizi qidalandıran torpağı, eləcə də, havanı öz əllərimizlə və əməllərimizlə "gizli düşmənimizə" çeviririk. Hər kəsin bununla bağlı diqqətli olması vacibdir.скачать dle 12.1