Bia.Az

Trampa qarşı daşınmaz əmlak fırıldaqçılığı işi: "Bu siyasi cadugər ovudur"

Dünya
 12-01-2024, 12:13     158

Donald Trampın da iştirak etdiyi prosesdə tərəflər son dəlillərini ortaya qoyublar.

Bizimyol.info xəbər verir ki, təxminən 2 saat davam edən müdafiəsində Trampın vəkili Chris Kise, hakimdən müvəkkilinə qarşı irəli sürülən iddiaları rədd etməsini istəyib və Nyu York Baş prokuroru Letitia Jamesin kommersiya sektorunda daşınmaz əmlakında pul axınına müdaxilə etmək üçün qeyri-məhdud səlahiyyət istədiyini iddia edib.
Kise günahsız şirkətlərin cinayət iddiaları ilə cəzalandırılmamasının vacib olduğunu bildirərək, bu məhkəmə qərarının Nyu Yorkdakı bütün şirkətlərə təsir edəcəyini vurğulayıb.
Trampın digər vəkili Alina Habba da baş prokuror Ceymsin Trampı siyasi təşəbbüslə araşdırdığını iddia edib: "Tramp və ailəsi fırıldaqçılıq etmək istəsəydilər, dünyanın ən mürəkkəb və sərt tənzimlənən şirkətləri arasında olan "Deutsche Bank" və ya "Zurich Insurance"ı seçməzdilər", - deyə Habba qeyd edib.
İclas günorta saatlarına qədər başlamamışdan əvvəl vəkili hakim Artur Enqorondan Trampın məhkəmə zalında 3-5 dəqiqə danışa biləcəyini soruşub. Enqoron da Trampa yalnız işin məzmununa və faktlarına əməl edəcəyi hal üçün icazə verib.
Tramp şirkətinin maliyyə hesabatlarının mükəmməl olduğunu, onlara qarşı heç bir şahidin olmadığını, kredit götürdükləri banklara pulu qaytardıqlarını bildirib. "Bu iş siyasi cadugər ovudur. Burada baş verənlər mənə qarşı saxtakarlıqdır. Onlar əmin olmaq istəyirlər ki, mən seçkilərdə bir daha qalib gələ bilməyəcəm və bu, qismən seçkiyə müdaxilədir", - deyə bildirib.
Hakim Donald Trampın işin kontekstindən kənar açıqlamalar verdiyi barədə xəbərdarlıq edərək müdaxilə edib və vəkilindən müvəkkilinə nəzarət etməsini istəyib. Tramp çıxışını davam etdirdikdən sonra Enqoron saatı göstərib və iclası günortaya təxirə salıb.
Tramp ötən gün məhkəmə işinin yekun iclasında çıxış etməyi xahiş etmişdi, lakin hakim Engoronun “yalnız iş haqqında siyasi məzmun və fərdi hücumlar olmadan danışmaq” şərtini qəbul etmədiyi üçün onun tələbi təsdiqlənməyib.
Prokurorluqdan vəkil Kevin Vallace işin günortadan sonra keçirilən iclasında Tramp tərəfinin heç bir yeni arqument irəli sürə bilməyəcəyini bildirib və şirkətin hesablarındakı uyğunsuzluqların 2,2 milyard dollar olduğunu təkrarlayıb. "Maliyyə hesabatları 2011-ci ildən 2021-ci ilə qədər hər il qeyri-dəqiq olub", - deyə vəkil Vallace qeyd edib.
Eyni zamanda Tramp Uoll Strit yaxınlığındakı binasında mətbuat konfransı keçirərək, məhkəməni uduzacağı təqdirdə bu binanı da uduzacağı iddiası ilə bağlı tənqidini davam etdirib. Mətbuat konfransında Tramp baş prokuror Ceyms və hakim Engoronu tənqid etməyə davam edərək, işin siyasi səbəblərlə yönləndirildiyi iddiasını təkrarlayıb.
Oktyabrın 2-dən Nyu-Yorkda davam edən mülki iş üzrə yekun qərarın bu ayın sonunda veriləcəyi gözlənilir.
Nyu-Yorkun baş prokuroru Letitia James iddianamədə hakimdən Trampın üç övladının və şirkətinin sərvətini 3,6 milyard dollar çox göstərdiyini iddia edib. O, Tramp və övladlarının bir daha heç vaxt Nyu-Yorkda şirkət qurmamasını, 5 il müddətinə kommersiya daşınmaz əmlakının alınmasına qadağa qoyulmasını və 370 milyon dollar cərimə olunmasını tələb edib.
“İllərdir daşınmaz əmlak sektorunda çoxlu insan və qurumları aldatmaq” ittihamı ilə açılan iddiada
Hakim Artur Enqoron keçmiş prezident Tramp və onun şirkəti olan “Tramp Organisation”ın müqavilələrdə və maliyyə sənədlərində aktivlərini həddən artıq qiymətləndirərək və onların xalis sərvətlərini şişirtməklə bankları, sığortaçıları, eləcə də iş adamlarını aldatdığına qərar verib.
Enqoron 35 səhifəlik qərarında Trampın, onun şirkəti və rəhbərlərinin illik maliyyə vəziyyətləri barədə daim yalan danışaraq sərfəli şərtlərlə və aşağı sığorta haqları ilə kreditlər əldə etdiyini bildirib.скачать dle 12.1