Bia.Az

Husilər ABŞ-ın zərbələri ərəfəsində bəzi silahları daşıyıblar - "WSJ"

Dünya
 12-01-2024, 11:10     148

"Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Qırmızı dənizdə gəmilərə hücum etdikdən sonra ABŞ-ın cavab zərbəsi ərəfəsində bəzi silahları başqa ərazilərə daşıyıb.


Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Pentaqondakı mənbəyə istinadən "The Wall Street Journal" məlumat yayıb.

Onun sözlərinə görə, husilər silahların bir hissəsini köçürüb, saxlama yerlərini gücləndirib, həmçinin Səna şəhərindəki bunkerlərdə raketlər saxlayıblar.

Bundan əlavə, "TankerTrackers" nəşri gəmiçilik konsaltinq şirkətinin məlumatlarına istinadən bildirib ki, İranın kəşfiyyat gəmisi yanvarın 11-də səhər saatlarında Qırmızı dənizi tərk edərək Bəndər Abbas şəhərinə doğru istiqamət alıb.

"The Wall Street Journal" iddia edir ki, gəmi də üsyançılara hücumlar həyata keçirməyə kömək etdiyi üçün hədəfə alınacaqdı.скачать dle 12.1