Bia.Az

Gərginlik artdı: İsrail daha bir ölkə ilə müharibəyə başlayır – İran isə…

Dünya
 12-01-2024, 01:04     190

İsrail Qəzza müharibəsi fonunda Livanın cənubundakı sərhəd bölgələrini ağır artilleriya atəşi ilə vurur. Hizbullah da İsrailə hücum edir, raketlər atır. İranın da münaqişəyə qoşulacağı haqqında fikirlər var.

İndiki şəraitdə İsrail-Livan qarşıdurması gözlənilir? İran münaqişəyə daxil olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu bildirib ki, Livanın cənbunda İsrail ordusu ilə Hizbullah qüvvələri arasında toqquşmalar baş verir:

“Əsasən iki tərəf bir-birinin sərhəd postlarını, hərbi obyekt və texnikalarını raket və artilleriya, qismən də PUA-larla hədəfə alır. Artıq 200-ə yaxın Hizbullah döyşüçüsü və xeyli sayda israilli hərbçi döyüşlərdə öldürülüb. Yəni atəş davam edir, ancaq böyük müharibə başlamır: nə Hizbullah İsrail ərazisinə, nə də İsrail Livan ərazisinə daxil olub. Qənaətimə görə, hər iki tərəf gözləyir ki, ilk hücumu qarşıdakı etsin.
Livan əhalisinin sosial-iqtisadi vəziyyəti çox pisdir. İsrailin yenidən Livana hərbi müdaxiləsi böyük sosial, humanitar fəlakətə səbəb olacaq. Buna görə də Hizbullah hücum edib bu məsuliyyəti üzərinə götürmək istəmir.


Kənan Rövşənoğlu

İsrail isə müharibə arzulasa da, ilk hücum edən tərəf olmaq istəmir. Çünki ilk hücumu edib işğalçı kimi görünməkdən qaçır. Ancaq İsrailə indiki vaxtda ikinci cəbhə maneə deyil, Hizbullahı Qərbin də dəstəyi ilə məhv etmək niyyətindədir”.

Politoloq deyib ki, İranın münaqişəyə birbaşa qoşulması mümkün deyil:

“Yalnız o halda ola bilər ki, İsrail və ya ABŞ İrana hücum etsin. Hələlik belə bir hücum cəhdi olmadığı üçün İranın müharibəyə cəlb olunması gözlənilmir. Tehran onsuz da proksi qrupları vasitəsilə İsrail və ABŞ-a qarşı savaşır, birbaşa müharibə etməsi üçün səbəb yoxdur”.скачать dle 12.1