Bia.Az

Rişi Sunakdan təcili iclası: ABŞ və İngiltərə müharibəyə hazırlaşır?

Dünya
 12-01-2024, 00:50     189

Britaniyanın baş naziri Rişi Sunak Nazirlər Kabinetinin fövqəladə iclasının keçirilməsinə qərar verib.

Globalinfo.az xəbər verir ki, görüşün ABŞ və İngiltərənin Qırmızı dənizdə, Yəməndə husilərə qarşı müharibəyə hazırlıq məqsədilə keçirildiyi iddia edilib.

Məlumatda bildirilib ki, ABŞ və Böyük Britaniya Qırmızı dənizin cənubunda beynəlxalq gəmiçilik zolaqlarını hədəfə alan Husilərə aid 21 PUA və raketi vuraraq zərərsizləşdirib. Eyni zamanda Husilərin Yəməndə nəzarət etdikləri ərazidən Qırmızı dənizə raket atdıqları vurğulanıb.

Britaniyanın müdafiə naziri Qrant Şapps yanvarın 9-da baş verən hücumu Husilərin indiyə qədər həyata keçirdiyi ən böyük silahlı müqavimət  kimi qiymətləndirib. Qeyd edək ki, ötən ilin dekabrında Qırmızı dənizdə Husilərin artan hücumlarına qarşı ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli koalisiya yaradılıb.скачать dle 12.1