Bia.Az

Hərbi sənayesinin tənəzzülündən xəbərsiz ABŞ Ukraynada tələyə düşür

Dünya
 11-01-2024, 16:50     194

"ABŞ öz sənaye potensialının gücü ilə bağlı özünü aldatması nəticəsində Ukraynada tələyə düşüb".

Olaylar.az xəbər verir ki, bunu tarixçi və antropoloq Emmanuel Todd deyib.

"ABŞ Ukraynada tələyə düşüb, özünü Rusiya ilə qarşıdurmanın tam mərkəzində tapıb. Bu tələ Ukrayna millətçiliyi, Vaşinqtonun Rusiyanın yoxa çıxa biləcəyi ilə bağlı illüziyaları və Rusiyanın bərbad vəziyyətini görə bilməməsi səbəbindən yaranıb.

Qərb Ukraynanı müharibədə Kiyevi dəstəkləmək üçün kifayət qədər vəsaitə malik olduğu illüziyasını aşılamaqla onu dəhşətli əzablara məhkum edib.

Amerikalılar indi Almaniyada "Patriot" raketlərini istehsal edəcəklərini deyirlər. Bu, təbii ki, onların özlərinin istehsal edə bilməmələri ilə əlaqədardır, çünki artıq lazımi sənaye resursları yoxdur" - o, vurğulayıb.

O hesab edir ki, Vaşinqtonun məqsədlərindən biri Rusiya ilə Almaniya arasında yaxınlaşmanın qarşısını almaqdır.
Alimin fikrincə, ABŞ geosiyasi terror siyasəti aparır:

"Bu siyasət uğursuzluğa məhkumdur, Qərb uduzacaq".

Todd əmindir ki, bu müharibədən çıxış yolunda hər kəs dünya güclərinin zəiflədiyini və onların əhalisinin azaldığını başa düşməli olacaq.
Tarixçi hesab edir ki, ABŞ imperiya ambisiyalarından əl çəkməli, Asiyadan və münaqişələri alovlandırdığı bütün digər bölgələrdən çəkilməli olacaq.скачать dle 12.1