Bia.Az

Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlı saxlmasını müddətini uzadıb

Dünya
 11-01-2024, 16:47     223

Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə quru sərhədində avtomobil keçid məntəqələrinin bağlanmasının müddətini fevralın 11-dək uzatmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə idarənin press-relizində qeyd edilib.

“Şərq sərhədinin bağlanması fevralın 11-dək davam edəcək. Finlandiya ilə Rusiya arasında quru sərhədində yerləşən sərhəd-keçid məntəqələrində beynəlxalq mühafizəyə müraciət etmək imkanı yoxdur”, - deyə mətndə qeyd edilib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Finlandiya hökuməti Rusiyanın sərhədyanı ərazilərində vəziyyət Daxili İşlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq şəraitində inkişaf etdikcə öz qərarını mütəmadi olaraq qiymətləndirəcək.

Əvvəllər Finlandiya Nazirlər Kabineti 2023-cü il noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib; iki keçid məntəqəsi yenidən açılıb, lakin üçüncü ölkələrdən miqrantların yenidən axını ilə əlaqədar olaraq, dekabrın 15-də sərhəd bağlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.скачать dle 12.1