Bia.Az

İran kəşfiyyatı Kirmanda törədilən terror aktına görə 35 nəfəri saxlayıb

Dünya
 11-01-2024, 15:08     223

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi yanvarın 3-də Kirmanda terror aktını təşkil etməkdə şübhəli bilinən 35 nəfərin saxlanıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin "İRNA" xəbər agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, şübhəlilər Qərbi Azərbaycan, İsfahan, Kirman, Sistan və Bəlucistan, Tehran və Rəzəvi Xorasan əyalətlərində saxlanılıb.

Agentlik onu da bildirib ki, əməliyyat rəhbəri qeyri-qanuni olaraq cənub-şərq sərhədlərindən ölkəyə daxil olub və terror aktından iki gün əvvəl İslam Respublikasını tərk edib. O, əməliyyata rəhbərlik etməklə yanaşı, əldəqayırma partlayıcı qurğuların istehsalı ilə də məşğul olub.скачать dle 12.1