Bia.Az

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib

Dünya
 11-01-2024, 15:01     174

Əfqanıstanın Bədəxşan əyalətinin Hindukuş bölgəsində gücündə zəlzələ baş verib.


Bizimyol.info xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanın Bədəxşan əyalətinin Hindukuş bölgəsində 6,3 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 13.50-də Feyzabad rayonundan 60 kilometr cənubda yerləşən Curm kəndində, 201 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ paytaxt Kabildə, eləcə də ətraf əyalət və rayonlarda hiss olunub.

AASM zəlzələdən sonra baş verə biləcək afterşoklar barədə xəbərdarlıq edib.

Dağıntı və təlafat barədə məlumat verilməyib.скачать dle 12.1