Bia.Az

Futbolçuların olduğu təyyarədə oksigen çatışmazlığı səbəbindən bir neçə idmançı huşunu itirib

Dünya
 11-01-2024, 14:52     164

Qambiya milli komandasının oyunçularının olduğu təyyarə havaya qalxdıqdan doqquz dəqiqə sonra geri dönərək təcili eniş edib.


Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiyadan bildirilib ki, təyyarə komandanı Fil Dişi Sahili Respublikasında (Kot-d'İvuar) keçiriləcək Afrika Millətlər Kubokunda çıxış etmək üçün aparmalı idi, lakin təyyarədə baş vermiş texniki nasazlıqlar səbəbindən Bancula (Qambiyanın paytaxtı) eniş edib.

“Enişdən sonra ilkin araşdırmalar kabinədə təzyiq və oksigen itkisini aşkar edib. Bununla belə, uçuşu həyata keçirən şirkətin texniki qrupu vəziyyəti öyrənməyə davam edir. Təyyarədə olanların hamısı sağdır və vəziyyətləri qənaətbəxşdir. Komandanı Fil Dişi Sahilinə mümkün qədər tez səfər edə bilməsisini təmin etmək üçün təcili həll variantları tapmağa çalışırıq",deyə federasiyanın verdiyi məlumatda qeyd edilir.

Jurnalist Sane Malanq "X" sosial şəbəkəsində bir neçə futbolçunun təyyarədə huşunu itirdiyini bildirib. Onun sözlərinə görə, oksigen çatışmazlığı təyyarənin kiçik olması və ekipajın tam heyətlə olması səbəbindən yaranıb.

Qambiyalıların turnirdə ilk oyunu yanvarın 15-də baş tutmalıdır. Qambiya milli komandasının bu mübarizədə ilk matçı Seneqala qarşı olacaq. Ölkənin yığma komandası Qvineya və Kamerun komandaları ilə "C" qrupunda mübarizə aparacaq.скачать dle 12.1