Bia.Az

BMT-nin baş katibi Quterreş Ekvadorda baş verən zorakı cinayəti pisləyib

Dünya
 11-01-2024, 12:35     135

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ekvadorda baş verən və zorakılıq cinayətlərini ehtiva edən hadisəni pisləyib.

Bizimyol.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.
Düjarrik bildirib ki, Quterreş Ekvadorun BMT-dəki daimi nümayəndəsi ilə telefon danışığı aparıb: “Baş katib ölkədə vəziyyətin pisləşməsindən ciddi narahatdır”, - deyə o qeyd edib.
Dujarrik: “Baş katib zorakı cinayəti pisləyib və Ekvador xalqına həmrəylik mesajı göndərib”, - deyən mətbuat xidmətinin rəhbəri yaranmış vəziyyətlə bağlı BMT-dən kömək istəyi olmadığını bildirib və Quterreşin Ekvador hökumətinin vəziyyətdən çıxa biləcəyinə inandığını deyib.
Qeyd edək ki, Ekvadorun "TC Television" kanalının Quayaquil şəhərindəki studiyasına dünən canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edilib və əməkdaşları girov götürülüb. Eyni zamanda, silahlı şəxslər Guayaquildə universitetə hücum edərək bəzi tələbələri zorla saxlayıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində canlı yayım zamanı televiziya studiyasına basqın edən 13 nəfər saxlanılıb, universitetdə nəzarət gücləndirilib.
Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti, "Fito" kimi tanınan dəstənin başçısı Adolfo Macias Salazar və bir neçə məhbus Quayas şəhərindəki həbsxanadan qaçıb və daha sonra polis maşınları bombalanıb, bundan sonra yanvarın 9-da 60 gün davam edəcək fövqəladə vəziyyət elan edilib.скачать dle 12.1