Bia.Az

Ərdoğan: Türkiyənin təsir dairəsi onun hüdudlarından çox-çox kənara çıxır

Dünya
 11-01-2024, 12:25     126

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin təsir və maraq dairəsi təkcə onun sərhədləri daxilində deyil, Balkanlardan Asiya və Afrikaya qədər uzanır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Star" qəzeti prezidentin çıxışına istinadən məlumat verib.
“Bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə özünü yalnız sərhədləri ilə məhdudlaşdırmır. Millətimiz bu sərhədlər daxilində baş verənlərdən daha çox məsuliyyət daşıyır. Türkiyənin təsir dairəsi və məsuliyyəti çox genişdir. Bu, bizim tariximizdən və mədəni keçmişimizdən, inancımızdan irəli gəlir. Balkanlardan Qafqaza, Asiyanın mərkəzindən cənub və şərqinə, Afrikanın şimalından mərkəzi bölgələrinə qədər geniş bir ərazidə milyardlarla insan bizə güvənir”, - deyə prezident qeyd edib.
Ərdoğan iddia edir ki, “Türkiyənin hər qələbəsi və uğuru bu bölgələrdəki insanlarla rezonans doğurur” və bu, respublikanın üzərinə böyük məsuliyyət qoyur. O, 2023-cü ildə 100 illik yubileyini qeyd edən Türkiyə Cümhuriyyətinin xarici sahələrdə aktiv fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Qeyd edib ki, bunu ölkə hakimiyyətinin bəyan etdiyi kimi, qarşıdan gələn “Türkiyə əsri” tələb edir.
Ərdoğan İsrail-Fələstin münaqişəsi kontekstində ədalətsizliyə qarşı mübarizəni ən aktual vəzifələrdən biri adlandırıb: “Biz Qərb dünyasında İsrailin vəhşiliklərini tərənnüm edən və dəstəkləyən, insanı insan edən dəyərləri tapdalayanlarla rastlaşırıq. Bizim borcumuz İslam və Türkiyə düşmənlərinin qurduqları tələlərin ədalətsizliyi, əxlaqsızlığı və insanlıqsızlığı qarşısında ayıq qalmaqdır”, - deyə bildirib.скачать dle 12.1