Bia.Az

Şolz Attalın Fransanın Baş naziri təyin edilməsinə təəccüblənib - Media

Dünya
 11-01-2024, 12:24     118

"Almaniya kansleri Olaf Şolz Qabriel Attalın Fransanın baş naziri təyin edilməsindən təəccüblənib".


Bizimyol.info xəbər verir ki, bu barədə "Euractiv" portalı alman siyasətçilərinə istinadən məlumat yayıb.
"Kansler, Fransa tərəfindəki bir çox müşahidəçilər kimi, onun təyinatı elan olunanda olduqca təəccübləndi", - deyə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit Fransanın yeni baş nazirinin yaşı ilə bağlı sualı şərh edərkən jurnalistlərə bildirib. Bununla belə, o qeyd edib ki, yaş heç bir siyasətçinin ixtisas göstəricisi kimi nəərə alınmamalıdır.
Eyni zamanda, Saarland federal əyalətinin başçısı, əvvəllər gənclərlə iş üzrə nazir vəzifəsində çalışmış Attalla işləmiş Anke Rehlinger Berlinin yeni baş nazirlə Almaniya-Fransa münasibətlərinin inkişafının tərəfdarı kimi baxdığını və ondan bunu gözlədiyini bildirib. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkiləri ərəfəsində iki ölkənin gənc nəslini bir araya gətirmək üçün daha əvvəl götürülmüş kursun davam etdiriləcəyini bildirib.
“Əgər Fransa və Almaniya daha da yaxınlaşsa, Avropa güclənəcək və irəliləyəcək. Tezliklə görüşərik!", - Attal bir gün əvvəl "X" sosial şəbəkəsindəki səhifəsində Almaniya liderinin təyinat münasibətilə ona ünvanladığı təbriklərinə cavab olaraq qeyd edib.
“Əməkdaşlığımızı davam etdirməyi və gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə Şolz fransızca yazdığı təbrikdə qeyd edib.
Yanvarın 9-da Attal 2022-ci ilin may ayından Nazirlər Kabinetinə rəhbərlik etmiş sələfi Elizabet Borndın vəzifəsini tutub. O, Fransa tarixində ən gənc baş nazir olub. Ali dövlət vəzifəsinə keçməzdən əvvəl o, Təhsil Nazirliyinə rəhbərlik edib (2023-cü ilin iyul ayından) və İqtisadiyyat Nazirliyində (2022-ci ilin mayından 2023-cü ilin iyuluna qədər) dövlət hesablarına cavabdeh olub.скачать dle 12.1