Bia.Az

Şolz Qərbin Ukraynaya dəstəyini zəiflətməsindən narahat olub

Dünya
 10-01-2024, 14:08     133

Almaniya Federal Kansleri Olaf Şolz Qərb ölkələrinin Ukraynaya dəstəyinin azalmasından rahatsız olub.


Bizimyol.info xəbər verir ki, bu açıqlamanı “The Daily Telegraph” qəzeti verib.

“Ukraynanın Rusiyaya qarşı hərbi dəstəyi çox azdır. Ona görə də mən Avropa İttifaqındakı (Aİ) müttəfiqlərimizi Ukraynaya dəstəyini gücləndirməyə çağırıram”, - deyə Şolz qeyd edib. Nəşrin verdiyi məlumatda bildirilir ki, Almaniya kanslerinin sözləri onun “Qərbdə Ukraynaya dəstəyin zəifləməsindən narahat olduğunu” göstərir.

Bundan əvvəl Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Ukraynaya Qərbdən dəstəyin zəifləməsi kimi real təhlükənin olduğunu etiraf etmişdi: “Təəssüf ki, əsl təhlükə ondan ibarətdir ki, Avropa müttəfiq dövlətləri tərəfindən Kiyevə göstərilən dəstək çökə bilər. Biz beynəlxalq vəziyyətin necə dəyişə bilcəyini müşahidə edirik”, - deyə o, "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.
Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Qərbin Ukraynaya silah ötürməsi yalnız münaqişəni uzadacaq və döyüş meydanında vəziyyəti dəyişməyəcək.скачать dle 12.1