Bia.Az

Baydenin müşaviri Qətər hakimiyyəti ilə Qəzzada girovların azad edilməsini müzakirə edib

Dünya
 10-01-2024, 14:05     123

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər hakimiyyəti ilə məsləhətləşib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın verdiyi məlumata görə, ABŞ prezidenti Co Baydenin müşavirlərindən biri olan Makqurk yanvarın 9-da Dohada Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüb və girovların azad edilməsi üçün səyləri müzakirə edib. "Axios" portalı qeyd edir ki, yüksək rütbəli amerikalı məmurun səfəri gizli saxlanılıb. Ağ Ev və Qətərin Vaşinqtondakı səfirliyi "Axios"un görüşlə bağlı məlumat tələblərinə cavab verməyib.
Portalın məlumatına görə, girovların azad edilməsi ilə bağlı müzakirələr bu həftə Fələstinin HƏMAS hərəkatı Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurinin qətlinə görə onları dayandırmaq qərarına gəldikdən sonra yenidən başlayıb.скачать dle 12.1