Bia.Az

Peskov KXDR-dən raket tədarükü ilə bağlı şərh verməkdən imtina edib

Dünya
 9-01-2024, 16:52     234

Yanvarın 8-də keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Koreya Xalq Demokratik Respublikasının (KXDR) Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı bəyanatını şərh etməyib.


Bizimyol.info xəbər verir ki, ona unvanlanan sualın əksinə olaraq, Peskov yenidən Qərbi Ukraynaya silah verməkdə ittiham edib.

“Diqqətinizi ona çatdırmaq istərdim ki, ərazimizdə və mülki obyektlərdə, Belqorod şəhərinin mərkəzində Yeni il ərəfəsində davamlı olaraq mərmi və raketlər atılıdı. Bu raketlər, əsasən, Almaniya, Fransa, İtaliya, ABŞ və digər ölkələrdə istehsal olunur. Bunu da unutmayaq”, - deyə Kreml nümayəndəsi bildirib.скачать dle 12.1