Bia.Az

Bayden Ostini işdən çıxarmaq niyyətində deyil

Dünya
 9-01-2024, 13:18     147

ABŞ prezidenti Co Bayden Pentaqon öz liderinin xəstəxanaya yerləşdirilməsi barədə vaxtında məlumat vermədiyinə görə, müdafiə naziri Lloyd Ostinin istefa ərizəsi təqdim etsə belə, onu təmin etməyi planlaşdırmır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşr Amerika administrasiyasındakı mənbələrinə istinadən qeyd edir ki, prezident nazir Ostin istefasını təqdim etsəydidə, onu qəbul etməzdi.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Pentaqonun Ostinin xəstəxanaya yerləşdirilməsi barədə dərhal məlumat verməməsi səbəbindən Vaşinqton administrasiyasının araşdırma aparmaq niyyətini açıqlayıb. Eyni zamanda, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre Amerika liderinin 70 yaşlı Ostinə "tam etibar etdiyini" vurğulayıb. Nazirin hazırda Uolter Rid (Meriland, Vaşinqton yaxınlığında) tibb məntəqəsində olduğu qeyd edilib.

Bundan əvvəl ABŞ Konqresinin üzvləri Ostindən Pentaqonun niyə xəstəxanaya yerləşdirilməsi barədə ictimaiyyətə və hakimiyyət orqanlarına operativ məlumat vermədiyini izah etməyi tələb ediblər. “Politico” qəzeti yazıb ki, Müdafiə Nazirliyi üç gün ərzində nazirin harada olması barədə məlumatı Ağ Evdən gizli saxlayıb. ABŞ-ın müdafiə naziri yanvarın 1-də son tibbi prosedurun yaratdığı fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.скачать dle 12.1