Bia.Az

Putinin daha bir təbliğatçısı müəmmalı şəkildə ölüb

Dünya
 9-01-2024, 12:52     160

Rusiyada Ukrayna müharibəsi başlayandan bəri Kreml yönümlü şəxslər arasında şübhəli ölüm hallarına yenisi əlavə edilib.

Bizimyol.info xəbər verir ki, Kremlə yaxın “Kuban” telekanalının baş redaktoru Zoya Konovalova Krasnodar şəhərindəki evində ölü tapılıb.
Konavalovanın keçmiş əri Andrey Qubatiykanın da baş redaktorla birgə meyitinin tapıldığı açıqlanıb. Rusiya hakimiyyəti cəsədlərin ilkin müayinəsi zamanı heç bir görünən xəsarət aşkar edilmədiyini və ölümün zəhərlənmədən ola biləcəyindən şübhələnildiklərini qeyd edib.

Kanalının verdiyi açıqlamada 48 yaşlı Konavalovanın evində "toz halında maddə qalıqları" ilə çirklənmiş çantanın tapıldığı və onların ölüm səbəbinin "naməlum maddədən zəhərlənmə" olduğu bildirilib. Bu xəbərdən sonra narkotik şayiələri gündəmə gəlsə də, onun yaxın ətrafı və həmkarları Zoya Konovalovanın heç vaxt narkotikdən istifadə etmədiyini iddia ediblər.

Son hadisə Ukrayna müharibəsinin başlamasından bəri bir sıra şübhəli ölüm hallarının davamı kimi qiymətləndirilib. Ötən ay Kremlə yaxın qəzetlərdən biri olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsareva evində ölü tapılıb. Bundan başqa, Putinin “Vahid Rusiya” partiyasından olan siyasətçi Vladimir Eqorov ötən həftə üçüncü mərtəbədəki evinin pəncərəsindən "yıxılaraq" dünyasını dəyişdiyi bildirilmişdi.
Rusiya mətbuatında bu ölümlərin arxasında Ukrayna kəşfiyyatının ola biləcəyi ilə bağlı şayiələr yayılıb.скачать dle 12.1