Bia.Az

Erməni ordusunda növbəti qətl: əsgər zabiti güllələdi

Dünya
 9-01-2024, 12:09     118

Bu gün səhər saatlarında Ermənistanın Basarkeçər rayonu ərazisindəki hərbi mövqelərdən birində qətl hadisəsi qeydə alınıb.

 JAMAZ.İNFO xəbər verir ki, çağırışçılardan biri eyni vəzifədə xidmət edən zabitlərdən birinə ölümcül atəş açıb.

Məlumata görə, hadisə nəticəsində güllə yarası almış erməni zabit ölüb. Ermənistan Müdafiə Nazirliyi faktı təkzib etməyib.

Qeyd edək ki, qətl hadisəsi Azərbaycanla sərhəddə yaxın ərazidə baş verib. Ermənistan ordusunda son illər qətl və intihar hadisələri geniş yayılıb. Ötən ilin statistikasına görə, 40-a yaxın erməni əsgər və zabit ya intihar edib, ya da bir-birini güllələyərək qətlə yetiriblər. Baş verən hadisələrin başlıca səbəbi kimi, “dedovşina” göstərilir.
скачать dle 12.1