Bia.Az

Pentaqon: "ABŞ qoşunlarının İraqdan çıxarması ilə bağlı planımız yoxdur"

Dünya
 9-01-2024, 11:47     120

Ötən həftə Bağdad ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya qoşunlarının ölkədən çıxarılması prosesinə başladığını elan edib.


Bizimyol.info xəbər verir ki, buna cavab olaraq Pentaqon təxminən 2500 əsgərini İraqdan çıxarmaq planlarının olmadığını bildirib.

“Hazırda mənim qoşunları geri çəkmək planları barədə məlumatım yoxdur. Biz İŞİD-i məhv etmək missiyasına böyük əhəmiyyət verməyə davam edirik”, - deyə Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə bildirib. O əlavə edib ki, ABŞ qoşunları onun hökumətinin dəvəti ilə İraqdadır.

Rayder məlumatın yanlış oduğunu və Bağdadın da Müdafiə Nazirliyinə ABŞ qoşunlarının çıxarılması qərarı ilə bağlı hər hansı bildirişdən xəbərsiz olduğunu bildirib.скачать dle 12.1