Bia.Az

Rusiya XİN: "Ukrayna qələbələrin azlığını dinc sakinlərin öldürülməsi ilə əvəz edir"

Dünya
 9-01-2024, 11:32     108

"Ukrayna döyüş meydanında qələbələrin azlığını dinc sakinlərin öldürülməsi ilə əvəz etməyə çalışır".


Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Yeni il və Milad bayramları zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) Belqorod və Donetski atəşə tutmasını şərh edərkən deyib.
“Təəssüf ki, Ukraynada şüur o qədər alt-üst olub ki, qələbələrin belə hibrid əvəzlənməsi baş verir.

Onlar qələbələrin yoxluğunu uşaqların, qocaların və qadınların öldürülməsinə çevirməkdə davam edirlər. Silahlı münaqişələrin aparılmasında mövcud olan bütün qanunlara görə, bunlar açıq cinayətlərdir”, - deyə Miroshnik Solovyov "Live TV" kanalının efirində qeyd etdi.
"Heç bir yerdə uşağı öldürmək şücaət hesab edilmir, lakin Ukrayna bunu dəyişdirməyə və hər şeyi alt-üst etməyə çalışır, qələbə çatışmazlığını əvəz etməyə çalışır", - deyə Miroşnik vurğuladı.

Rusiya mətbuatının məlumatına görə, keçən il dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri Çexiya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin mərmiləri və kaset sursatları olan iki raketdən istifadə edərək Belqorodun mərkəzini atəşə tutub. Son məlumatlara görə, 5-i uşaq olmaqla 25 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. 800-dən çox mənzilə və 132 fərdi evə ziyan dəyib.

Qeyd: 2020-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri "xüsusi hərbi əməliyyat" adı altında qonşu, ölkəyə - Ukraynaya qarşı müharibəyə başlayıb. Qısa müddət ərzində ruslar geniş hücum əməliyyatı təşkil edərək ölkənin paytaxtı Kiyev yaxınlığına qədər irəlilədilər. İki il əvvəl verilən məlumatlarda rusların, məhəl qoymadan qarşılarına çıxan bütün yaşayış məntəqələrini atəşə tutduqları, insanları gülləbaran etdikləri, qadın və uşaqların sağ qalanlarını oğurlayaraq Rusiyaya apardıqları bildirilirdi. Onu da əlavə edək ki, müharibə tam olaraq Ukrayna ərazisində aparılır və münaqişədən zərər görən Ukrayna vətəndaşlarıdır.скачать dle 12.1