Bia.Az

Zaxarova İtaliya XİN rəhbərinin Aİ ordusu yaratmaq ideyasını ələ salıb

Dünya
 7-01-2024, 18:56     219

"İtaliyanın xarici işlər naziri Antonio Tajani sülhü qorumaq üçün Avropa İttifaqı (Aİ) ordusunun yaradılması ilə bağlı ideyalar irəli sürməzdən əvvəl, ilk növbədə, ittifaqın sərhədlərini qoruyaraq, qaçqın və miqrantlar məsələsini humanist şəkildə həll etməyi öyrənməlidir".


Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat diqqəti Avropa İttifaqında “sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrinin” formalaşdırılmasını təklif edən İtaliya Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına çəkib.

"AB Ordusu? Bəlkə öz Covid peyvəndimizi hazırlamaqla başlamalıyıq? Yoxsa beynəlxalq öhdəliklərimizə uyğun olaraq Avropa İttifaqının sərhədlərini humanist şəkildə qorumağı öyrənək? Qaçqın və miqrant məsələsi necə həll olunsun? Bütün bunları öyrənin. Və yalnız bundan sonra bir ordu yaradın. Vahid ordu yaratmazdan əvvəl onun hansı yanacaqla işləyəcəyini və uçacağını başa düşmək yaxşı olardı. Və sonra Amerika prezidenti Brüsselə gələcək və AB ordusu onun işarə etdiyi şəxslərə hücum etməsə, yanacağın qiymətini qaldıracağını söyləyəcək",- deyə Zaxarova müvafiq təşəbbüsü şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İtaliya nazirini “nə üçün hər bir NATO (oxu, AB) ölkəsi öz təhlükəsizliyini təmin etmək üçün istifadə edilən ümumi xəzinəyə (və əslində Vaşinqton) nəhəng məbləğlər ödəməlidir” barədə düşünməyə çağırıb.

Tajani daha əvvəl demişdi ki, “ABŞ, Çin, Hindistan, Rusiya kimi ağır çəkilərin olduğu bir dünyada” müdafiə və ümumi silahlı qüvvələr Avropa İttifaqı üçün “konkret olmalıdır” və bunu təxirə salmaq olmaz.скачать dle 12.1