Bia.Az

Aİ Şurasının sədri Mişel Avropa Parlamentinin üzvlüyünə namizəd olub

Dünya
 7-01-2024, 18:06     212

“Mən 2024-cü ildə keçiriləcək Avropa seçkilərində namizəd kimi iştirak etmək qərarına gəldim”.


Bizimyol.info xəbər verir ki, bu barədə Mişel Belçikanın "De Standaard", "Le Soir" və "La Libre" qəzetlərinə açıqlamalar verib.
Mişel bəyan edib ki, əgər o, Avropa Parlamentinin (AP) deputatı seçilərsə, iyulun ortalarında keçiriləcək andiçmə mərasiminə qədər hazırkı vəzifəsini davam etdirəcək və sonra bu vəzifəni tərk edəcək.

Mişel seçki kampaniyasında İttifaqın etik qaydalarına tam əməl edəcəyini vurğulayıb və qeyd edib ki, Avropa İttifaqı (Aİ) liderləri onun dəyişdirilməsini iyunun sonu və ya iyulun əvvəlində müəyyən edə bilərlər.

Beləliklə, ilk dəfə olaraq hazırkı Aİ Şurasının sədri AP seçkilərində deputatlığa namizəd olacaq.

Belçika Frankofon Liberalları (MR) partiyasından namizəd olacaq Mişel, normal olaraq yeni Komissiyanın yaradılacağı noyabrın sonuna qədər vəzifəsini davam etdirəcəkdi. 2019-cu il dekabrın 1-də vəzifəsinin icrasına başlayan Mişel bundan əvvəl Belçikanın baş naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, iyunun 6-9-da Aİ-yə üzv ölkələrdə AP seçkiləri keçiriləcək. AP-nin 5 il müddətinə keçiriləcək seçkilərdə 22-si Belçikadan olmaqla ümumilikdə 720 deputat seçiləcək.

İyunun 17-də və 27-28-də Aİ liderlərinin sammiti keçiriləcək. Bu görüşlərdə Aİ Şurasının yeni sədri ilə bağlı qərar veriləcək. Aİ liderləri Şuranın yeni sədrini seçə bilməsələr, iyulun 1-də Aİ-yə sədrlik edəcək Macarıstanın baş naziri Viktor Orban həm də Aİ Şurasının sədri vəzifəsini icra edəcək.

Aİ Şurası prezidentinin vəzifələrinə iclaslara sədrlik etmək, hesabatlar təqdim etmək və iclaslarda gündəliyi müəyyən etmək, Aİ daxilində konsensusun əldə edilməsinə kömək etmək, eləcə də, Birliyin xaricdə rəhbərlik səviyyəsində təmsil olunması daxildir.скачать dle 12.1