Bia.Az

Çin ABŞ-ın beş şirkətini sanksiyalar siyahısına salıb

Dünya
 7-01-2024, 18:02     195

Çin, suverenlik uğrunda mübarizə aparan Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edib.


Bizimyol.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada "BAE Systems Land and Armament", "Alliant Techsystems Operation", "AeroVironment", "ViaSat" və "Data Link Solutions" şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyi bildirilib.

Açıqlamada bildirilib ki, sanksiyalara sözügedən şirkətlərin Çindəki əmlaklarının, o cümlədən daşınar və daşınmaz əmlaklarının dondurulması daxildir: “Bundan əlavə, sanksiya qərarı Çindəki təşkilatlara və şəxslərə bu şirkətlərlə əməliyyatlar aparmağı və ya əməkdaşlıq etməyi qadağan etməyi də əhatə edir. ABŞ-ın “Çinin Tayvan bölgəsinə” silah satışı Çinin suverenliyinə və təhlükəsizliyinə ciddi ziyan vurur”, -deyə bəyanatda qeyd edilir.

Ötən ay ABŞ Dövlət Departamenti Tayvanın birgə döyüş komandanlığı və nəzarət sistemini gücləndirmək üçün 300 milyon dollarlıq avadanlıq paketini təsdiqləyib.

Çin hökuməti müvafiq şirkətlərə qarşı tədbir görüləcəyinə dair əvvəlcədən xəbərdarlıq edib.скачать dle 12.1