Bia.Az

Həmas: "İsrailin davam etdirdiyi hərbi əməliyyatlar bölgəni məhv edəcək"

Dünya
 7-01-2024, 16:48     188

"İsrailin Qüdsdəki Məscidül-Əqsanın mühasirəyə alınmasına yönəlmiş hərəkətləri Yaxın Şərq regionunu məhv etməyə qadirdir".

Bizimyol.info xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Hussam Badran deyib.

Bədranın sözlərinə görə, İsrailin Əl-Əqsa məscidini mühasirəsini davam etdirməsi, Qəzza zolağı və İordan çayının qərb sahilində qarşıdurmaların getdikcə artması “regionu partlatacaq”.

O, həmçinin İsrailin “ABŞ-ın başçılıq etdiyi müttəfiqlərinin qeyri-məhdud dəstəyi ilə tam hərbi gücündən istifadə etməsinə baxmayaraq, Qəzza zolağında Fələstin müqaviməti ilə qarşılaşa bilmədiyini” qeyd edib.

Hərəkatın Siyasi Bürosunun üzvü İordan çayının qərb sahilində, o cümlədən İsrail ordusu hissələrinin mütəmadi olaraq basqın etdiyi Cenin şəhəri ətrafında vəziyyətin pisləşməsinə diqqət çəkib. Badran bildirib ki, Cenində və İordan çayının qərb sahilində İsrailə artan müqavimət işğalçının təkəbbürünü və dini sionizm adlanan şeyi qıracaq.

Bazar günü yaydığı başqa bir bəyanatda Həmas Fələstin xalqını İordan çayının qərb sahilindəki işğalçı orduya və yəhudi məskunlaşanlara qarşı hər cür müqaviməti gücləndirməyə çağırıb.

Fələstin HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə keçməsindən, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsindən və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrində qarşı qisas almağa başlayıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzza zolağında yenidən hərbi əməliyyatlara davam edəcəyini açıqlayıb.
Fələstin Administrasiyası isə İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb.скачать dle 12.1