Bia.Az

Kim 3 gün ardıcıl olaraq Cənubi Koreya sərhədində təlimlər keçirir

Dünya
 7-01-2024, 16:25     201

Cənubi Koreya Kim Çen Inın rəhbərlik etdiyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) 3 gün ardıcıl olaraq sərhəddə təlimlər keçirdiyini açıqlayıb.


Bizimyol.info xəbər verir ki, Cənubi Koreya mətbuatı ölkənin Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq Şimali Koreyanın sərhəddə əsl sursatla atışma təlimi keçirdiyi yazılıb.

Xəbərlərdə, Şimali Koreya ordusunun yerli vaxtla saat 16:00-dan başlayaraq Cənubi Koreyanın cəbhə xəttində yerləşən Yeonpyonq adasının şimalında təlimlər keçirdiyi bildirilir. Qeyd edilir ki, iki ölkə arasındakı Şimal Sərhəd Xəttinin cənub hissəsinə heç bir Şimali Koreya artilleriya mərmisi düşməyib.

Cənubi Koreya hakimiyyəti isə Yeonpyonq adasının sakinlərini evlərində qalmağa çağırıb.

Şimali Koreya cümə və şənbə günləri Yeonpyeong və Baengnyeong adaları yaxınlığında təlimlər keçirib və cümə günü adalarda yaşayan insanlar sığınacaqlara yerləşdiriliblər.

Cümə günü Sarı dənizə doğru təxminən 200 artilleriya mərmisi atılıb və top mərmilərinin Şimali Koreyanın cənub-qərb sahil bölgələrindəki Jangsan burnu və Deungsan burnundan saat 09.00-11.00 arasında atıldığı qeyd edilib.

Şimali Koreyanın dünən təxminən 60 artilleriya mərmisi atdığı barədə məlumat verilir. Qeyd edilir ki, təlimlər ölkə rəhbəri Kim Çen Inın tapşırığı və nəzarəti ilə həyata keçirilir.скачать dle 12.1