Bia.Az

"Rusiya ilə münaqişədə "Taurus" raketlərini almaq Ukraynanın yeganə şansıdır"

Dünya
 7-01-2024, 15:59     183

Almaniyanın Xristian Sosial Birliyinin (XSB) lideri, Bavariyanın baş naziri Markus Söder bəzi digər alman partiyalarının nümayəndələrinin ardınca “Taurus” qanadlı raketlərinin Kiyevə ötürülməsinin tərəfdarı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Bavariyadakı keçmiş Seeon monastırında XSB Bundestaqının konfransındakı çıxışında, Ukrayna bu cür silahları əldə edərək, pilotsuz təyyarələr və raketlərin davamlı hücumlarını dəf edə biləcək deyib.
Siyasətçinin fikrincə, bu, Ukrayna üçün yeni cəsarət tapmaq və rusların qalib gəlməməsi üçün yeganə şansdır. O, iddia edib ki, əgər Rusiya qalib gəlsə və Birləşmiş Ştatlar beynəlxalq böhranlardan indikindən daha çox kənarda qalmağa başlasa, Almaniya və Avropa İttifaqı “real təhlükəsizlik problemi” ilə üzləşəcək.
Şənbə günü hakim Yaşıllar, Azad Demokratlar Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi Kiyevi "Taurus" raketləri ilə təchiz etmək çağırışı ilə çıxış ediblər. Eyni zamanda, bəzi alman siyasətçiləri hətta açıq şəkildə Rusiya Federasiyasında hədəflərin vurulmasının lehinə çıxış ediblər.
Kiyev uzun müddətdir ki, Berlindən “Taurus” raketlərini təhvil verməsini xahiş edir, lakin kansler Olaf Şolz indiyədək Ukrayna tərəfinin çağırışlarına təmkinlə cavab verib və ötən ilin oktyabrından hələlik bunu etməmək qərarına gəlib. O, dəfələrlə bütün silah təchizatının xaricdəki tərəfdaşlarla razılaşdırıldığını bildirib və qeyd edib ki, Almaniyanın prioriteti Ukraynanı hava hücumundan müdafiə sistemləri, eləcə də, artilleriya sursatları ilə təmin etməkdir.
10 il əvvəl Bundesver üçün təxminən 600 “Taurus” alınıb. Bu raketlər artıq Ukraynaya gətirilən Britaniyanın “Storm Shadow” raketinin analoqu hesab edilir. Bununla belə, Alman-İsveç raketlərinin uçuş məsafəsi bir qədər böyükdür - 500 km-ə qədər məsafə qət edə bilir. Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Qərbin Kiyevə silah göndərməsi və Ukrayna hərbçilərinin təliminə yardım etməsi, sadəcə, münaqişəni uzadacaq, döyüş meydanında vəziyyəti dəyişməyəcək.скачать dle 12.1