Bia.Az

Çoxsaylı ölümə səbəb olan ağciyər xərçəngində erkən diaqnoz və müalicə sağ qalma şansını artırır

Dünya
 6-01-2024, 18:37     200

Ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan xərçəng növüdür. Erkən diaqnoz xəstəlikdən sağ qalma şansını artırır. Erkən diaqnoz və müalicə ilə sağlamlığına qovuşanlardan biri də 76 yaşlı Ünver İbilidir.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinə zamanı onun ağciyər xərçəngi olduğu məlum olub. Erkən diaqnoz sayəsində o, xəstəlikdən xilas olub. 76 yaşlı Ünver İbili uzun illər çap və siqaret çəkdiyi üçün Xroniki obstruktiv ağciyər xəstəliyi ilə mübarizə aparırdı. Bu xəstəliyə ağciyər xərçəngi də əlavə edilib.
Bütün xərçəng növlərində olduğu kimi, ağciyər xərçəngində də erkən diaqnoz çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə əməliyyat olunma şansı olan xəstələr tam müalicə ala bilmə etimalları yüksək olur. Xəstəliyinə ilkin mərhələdə diaqnoz qoyulandan sonra Ünver İbili əməliyyat olunaraq sağlamlığına qovuşub. Erkən mərhələdə cərrahi müdaxilə onun həyatını xilas edib.
TRT Xəbərə xəstəliklə əlaqədar açıqlamaverən sinə cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Erdal Okur bunları qeyd edib:
"Ağciyər xərçənginin 90 faizi siqaretdən qaynaqlanır. Siqaretlə yanaşı ailədə ağciyər xərçəngi varsa, bu da önəmli faktordur.
Ağciyər xərçəngi üçün ən yaxşı müalicə, sağlamlığı imkan verən xəstələrin əməliyyat olunmasıdır. Ancaq xəstələrin yalnız dörddə birini, beşdə birini əməliyyat edə bilirik. Çünki təəssüf ki, əməliyyat oluna biləcək çox az xəstəni erkən mərhələdə aşkar etmək mümkündür. Erkən mərhələdə əməliyyatla tutulanların böyük bir faizi bu xəstəlikdən tamamilə xilas ola bilir.скачать dle 12.1