Bia.Az

"Yaxın Şərq hər an partlayacaq barıt çəlləyinə dönüb" - XAQANİ CƏFƏRLİ

Dünya
 5-01-2024, 12:39     254

"Bu çəllək partlasa qəlpələri çox geniş çoğrafiyaya düşəcək"

"Suriya, Livan və İraqın paytaxtında həyata keçirilən əməliyyat müharibənin bütün Yaxın Şərqə yayılacağı ehtimalını kəskin artırıb. 25 dekabr 2023-cü ildə Suriyanın paytaxtı Dəməşqin bir neçə kilometrliyində Seyyidə-Zeynəb yaşayış məntəqəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin generalı, İranın Suriyadakı ən nüfuzlu hərbi komandiri Seyid Razi Musavi iqəmətgahından içəri girdiyi anda havadan endirilən zərbə ilə öldürldü. Bu hadisədən bir həftə sonra yanvarın 2-də İsrail hərbi hava qüvvlərinin Livanın paytaxtı Beyrutun cənub hissəsinə endirdiyi zərbə nəticəsində HƏMAS-ın ikinci şəxsi hesab edilən Saleh əl-Aruri öldürüldü. Saleh əl-Arurinin öldürüldüyü məkan Hizbullah toxunulmaz qalası hesab olunurdu". 

Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, bu hadisədən sonra tərəfdarları Hizbullah lideri Nəsrullahdan İsrailə qarşı müharibəyə başlamağı tələb edirlər: "Saleh əl-Arurinin ölümündən bir neçə saat sonra, yanvarın 3-də İranın Kirman şəhərində Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı anma mərasimində qanlı terror baş verdi. 100-dən çox insanın ölümü ilə nəticələnən terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdü. İrandakı terrorun əks-sədası çəkilməmiş yanvarın 4-də isə İraqın paytaxtı Bağdadda pilotsuz uçuş aparatından atılan raket ilə İraq Nücəba İslami Müqavimət Hərəkatının12-ci briqadasının komandanı Müştaq Talib əl-Səidi öldürüldü. Müştaq Talib əl-Səodinin öldürülməsindən sonra İraqdakı radikal islamçılar İsrailə qarşı müharibəyə başlamağı tələb edirlər".

Xaqani Cəfərli əlavə edib ki, Yəməndəki Ənsarullah (husilər) qruplaşmasına qarşı aralarında ərəb ölkələrinin də olduğu 30 dövlətin hərbi tədbirlərə əl atacaqları ilə bağlı xəbərdarlıq da nəzərə alanda Yaxın Şərqin hər an partlayacaq barıt çəlləyinə döndüyünü görməmək mümkün deyil. Onun fikrincə, bu çəllək partlasa qəlpələri çox geniş çoğrafiyaya düşəcək.скачать dle 12.1