Bia.Az

Baxmağa dəyər... - AFİŞA

Dünya
 5-01-2024, 12:35     254

Dünən Maykl Mannın çəkdiyi "Ferrari" filminə baxdım. Düzü "Ford Ferrariyə qarşı" filmindən sonra "Ferrari"nin maraqlı olacağına şübhə edirdim. Bu məzmunda filmlər mütəmadi çəkilir, fakt deyil ki, hamısı baxımlı olur. 2013-də "Ötüş", bir il sonra "Need for speed: sürət ehtirası" prokatda kifayət qədər pul qazanmışdılar. Az sonra "Audi Lanciaya qarşı" da ekranlara çıxacaq, burada da müvafiq olaraq alman nəhəngi ilə italyan ortababının ötən əsrdəki rəqabətindən söhbət gedir. Sadəcə olaraq, "Ford Ferrariyə qarşı" o qədər maraqlı alınmışdı ki, aktyorlar da öz yerində, - tərəddüd təbii ki, var idi.

Ancaq sizə deyim ki, baxmağa dəyər. Məsələn, Penelopa Krus məncə ən dramatik və gözəl rolunu oynayıb. "Ferrari"nin bu il, yaxud gələn il "Oscar"a namizəd olacağını bilmirəm, olsa, Penelopa mütləq nəisə qazanmalıdır.


Filmdə Ferrari ailəsinin faciə və problemləri ilə yanaşı bu avtokonsernin özünün insan ölümləri və qurbanları üzərindən bu gün əldə etdiyi populyarlıqdan bəhs edilir. Bir hissə də təbii ki, "Ferrari" ilə "Maserati"nin qarşıdurmasına həsr olunub. Filmdə bu barədə heç nə yoxdur, özüm oxumuşam. Deyilənə görə, Ferrarinin daha bir çəkişməsi Lamborgini ailəsiyləmiş. Feruçço Lamborgini İkinci dünya müharibəsində hərbi təyyarələrin mexaniki, ya mühəndisi olub. Müharibədən sonra traktor istehsal etməyə başlayıb. "Ferrari" sürürmüş, bir dəfə maşını xarab olanda Ferrarini tənqid edib ki, bu nə maşındır düzəltmisən? Yekəxana və acıdil Ferrari də söz altında qalmayıb, həmişə onunla məzələnirmiş ki, sən traktor, mən maşın... Lamborginini bu kinayə necə tutubsa, özünə söz verib ki, dünyanın ən gözəl idman maşınını istehsal edəcək. Həqiqətən də, belə deyilmi?

Müəllif: Rüstəm QARAXANLI
dia-az.info
скачать dle 12.1