Bia.Az

Qocaman aktyor vəfat edib

Dünya
 5-01-2024, 10:50     269

Konstantin Jeldin 90 yaşında dünyasını dəyişib
Rusiyalı qocaman aktyor Konstantin Jeldin 90 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Bildirilib ki, aktyor ömrünün son günlərinə kimi teatr səhnəsinə çıxıb.
Qeyd edək ki, Jeldin 1933-cü ildə Moskvada anadan olub. 1961-ci ildə Şukin məktəbini bitirib, sonra Malaya Bronnaya Teatrında, Taqanka Teatrında işləyib. “Baharın on yeddi anı”, “Likvidasiya”, “Qardaş 2”, “İsayev”, “Zati-alilərinin adyutantı” filmlərindəki ikinci plan rollarına görə tamaşaçıların rəğbətini qazanıb.
Rusiyalı qocaman aktyor vəfat edib
Müəllif: Ayna.azскачать dle 12.1