Bia.Az

Zalujnı ukraynalı deputatları cəbhəyə getməyə çağırdı

Dünya
 5-01-2024, 10:48     260

Ukrayna ordusunun Baş Komandanı: “Kimlə döyüşməliyəm?”

Ukrayna ordusunun Baş Komandanı Valeriy Zalujnı Ali Radada səfərbərlik haqqında qanunun müzakirəsi zamanı emosional çıxış edib. Bu barədə AYNA “NV.ua”ya istinadən bildirir.

Zalujnı çıxışı zamanı deputatları cəbhəyə getməyə çağırıb: “Kimlə döyüşməliyəm? Siz deputatlar səfərbərlik qanununu qəbul etmirsinizsə, döyüşə gedin”.

Qeyd edək ki, daha əvvəl Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak etiraf etmişdi ki, Kiyev üçün Ukrayna Silahlı Qüvvələrini səfərbər etmək çətindir.

Müəllif: Ayna.azскачать dle 12.1