Bia.Az

Müharibədən müharibəyə: dünya nəticə çıxara bilməyəndə...

Dünya
 3-01-2024, 18:55     242

Təəssüf ki, 30 illik müvəqqəti barışıqla bağlı vəziyyətin təkrarını müşahidə edirik

2023-cü il üçün əsas sözləri müharibə və korrupsiyadır. Aydındır ki, bu iki məsələ hansısa şəkildə bir-biri ilə bağlıdır. Amma tam olaraq necə? Ağıla gələn ilk şey korrupsiyanın Ukraynanı müharibədə sistemli şəkildə zəiflətməsidir. Bu, yəqin ki, bir çox hallarda doğrudur. Ancaq hər kəsin unutduğu başqa bir şey var.
Korrupsiyanın ən yüksək səviyyəsi hansıdır? Aydındır ki, siyasi qərarlar şəxsi mənafeyi nəzərdə tutan “arqumentlərin” təsiri altında qəbul edildikdə bu, siyasi korrupsiyadır. Bəs bu piramidanın başında hansı növ siyasi korrupsiya durur? Korrupsiya piramidasının zirvəsi xarici siyasət qərarlarının qəbulunda korrupsiyadır. Əslində söhbət uzunmüddətli, xüsusən də milli maraqlara xəyanətdən gedir. Yəni uzunmüddətli maraqlar dəyərlər sistemidir...
İlin sonunda haqqında çoxlu məlumatların olduğu hər iki müharibə - həm Ukraynada, həm də İsraildə - azad dünyanın siyasi elitasının dəyərlərə xəyanəti nəticəsində nəinki mümkün, hətta qaçılmaz oldu. Üstəlik, xəyanət birdən-birə baş vermədi, bir neçə onilliklər boyu davam etdi və sistemli xarakter daşıdı.
Təəssüf ki, bütün bunlar Birinci və İkinci Dünya müharibələri arasındakı vəziyyəti çox xatırladır. Daha doğrusu, ortada atəşkəs olan iki mərhələdə bir müharibə idi.
Sonra keçən əsrin 20-30-cu illərində (həm də “Soyuq müharibə”dəki qələbədən sonra) azad dünya "satışa" başladı. Müxtəlif diktaturaların güclənməsinə göz yumdu: Almaniya və Yaponiyanın yenidən silahlanması, İtaliya, Almaniya, Yaponiyanın zəif qonşulara qarşı təcavüzü və s. 30 ildən sonra azad dünyanın elitası əsgərlərin qanı ilə ən yüksək siyasi korrupsiyanın əvəzini ödəməli oldu.
Lakin bu, böyük müharibənin “ikinci mərhələsində” də siyasətçilər öz dünyalarının əsaslandığı dəyərlərə xəyanət etməkdə davam etdilər - ölkələrini Holokostdan qaçan yəhudilərin üzünə bağladılar...
Oyanış yalnız qırxıncı illərin sonlarında, dünya faciənin miqyasını dərk edəndə gəldi. Və sonra Çörçill Fulton çıxışı ilə uzaqgörənlik etdi. Sonradan Reyqan və Tetçer kimi “Soyuq müharibə”də həqiqətən qalib gələn insanların ritorikası Fulton nitqinin ritorikasından çox az fərqlənirdi. Çünki əsasda eyni dəyərlər dayanırdı...
Hazırda Qərb elitasının dəyərləri unutduğu, sanki dövlət maraqları ilə özünü doğrultduğu, diktaturaların qisas almaq üçün gücləndiyi bir vaxtda, təəssüf ki, 30 illik müvəqqəti barışıqla bağlı vəziyyətin təkrarını müşahidə edirik.
Müəllif: Aleksandr Olşanski – Ukrayna “Internet Invest Group” holdinqinin prezidenti.
Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.скачать dle 12.1