Bia.Az

İranda Süleymani ilə bağlı yürüşdə partlayış: 103 nəfər ölüb

Dünya
 3-01-2024, 18:52     235

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib. Nəticədə 103 nəfərə ölüb.

AYNA İRNA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Müəllif: Ayna.azскачать dle 12.1