Bia.Az

Türkiyə XİN: "CAR-ın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayırıq"

Dünya
 3-01-2024, 18:27     240

Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır.


APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin açıqlamasında deyilir.

O qeyd edib ki, İsrail Qəzzada əksəriyyəti qadın və uşaq olan 22 mindən çox dinc fələstinlini qətlə yetirdiyinə görə, beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.

“Ümid edirik ki, proses ən qısa zamanda yekunlaşacaq. Eyni şəkildə, bu ərizəyə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün müvəqqəti tədbir görəcəyi də gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək”, - XİN sözçüsü əlavə edib.скачать dle 12.1