Bia.Az

Meksikada silahlı şəxslər 36 miqrantı qaçırıb

Dünya
 3-01-2024, 18:14     240

Miqrantların tapılması üçün əməliyyatlar davam edir.

Meksikanın Tamaulipas ştatında silahlı şəxslər avtobusu saxlayıb. AYNA xəbər verir ki, bu barədə əyalətin İctimai Təhlükəsizlik Katibliyi məlumat yayıb.

Silahlı şəxslər 40 miqrantı avtobusdan zorla düşürdüb.

Onlardan 36-sı qaçırılıb.

Tamaulipas təhlükəsizlik qüvvələri miqrantların tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Müəllif: Ayna.azскачать dle 12.1