Bia.Az

Trampın təşkil etdiyi Yeni il şənliyinə həyat yoldaşı və qızı gəlməyib

Dünya
 3-01-2024, 14:27     123

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yeni il gecəsi Florida ştatındakı "Mar-a Logo" klubunda Yeni il gecəsi təşkil edib.


Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının yazdığına görə, Trampın həyat yoldaşı Melaniya və böyük qızı İvanka onun təşkil etdiyi gecəyə qatılmayıb.

Tədbirdə çıxış edərək qonaqları salamlayan, yaranmış vəziyyətlə bağlı izahat verməyi özünə borc bilən Tramp həyat yoldaşı Melaniyanın xəstə anası Amaljia Knavsa baxdığı üçün gecəyə qatıla bilməyəcəyini bildirib. 77 yaşlı Tramp özündən bir yaş böyük olan qayınanasının Mayamidəki xəstəxanada olduğunu və ailələri üçün vəziyyətin ağır olduğunu bildirib.

Daha sonra məlum olub ki, Trampın böyük qızı İvanka Yeni il gecəsi xizək sürərkən çəkdirdiyi videoları paylaşıb.скачать dle 12.1