Bia.Az

Fransa: "Qəzzadan insanların məcburi köçkünlməsini dəstəkləməyəcəyik"

Dünya
 3-01-2024, 14:18     111

Fransanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikolas de Riviere İsrailin Qəzza xalqını məcburi köçürməsinə dəstək verməyəcəklərini açıqlayıb.


Bizimyol.info xəbər verir ki, De Riviere mətbuatın: "Fransanı təmsilçisi olaraq fələstinlilərin Qəzzadan məcburi köçürülməsinə münasibətiniz necədir?" sualına cavab verdi.

"Fransa çox açıq şəkildə Qəzzadan əhalinin məcburi köçkünlüyünə qarşıdır", - deyə De Riviere bildirib.

De Riviere: "Biz Qəzzada insanların məcburi köçkünlüyünü dəstəkləməyəcəyik. Qəzza zolağında fələstinlilər yaşayır. Məqsədimiz fələstinlilərin burada təhlükəsiz və yaxşı şəraitdə yaşamağa davam etmələrini təmin etməkdir”, - deyə qeyd edib.

Riviere Fələstin xalqını Qəzzanı tərk etməyə məcbur etmək və yenidən müstəmləkə etmək kimi fikirlərin "absurd" olduğunu bildirib. “Əhəmiyyətli olan hərbi əməliyyata son qoymaqdır”, - deyib.

De Riviere vurğuladı ki, İsrail hərbi ünsürləri hədəfə almağa davam edə bilər, lakin mülki insanları hədəf almağı dayandırmalıdır: "Fələstin xalqı bombalanmadan evlərində sülh içində yaşaya bilməlidir. Məktəblər və xəstəxanalar hədəfə alınmamalıdır", - deyə o, açıqlama verib.
HƏMAS-ın mülki şəxslərdən və məktəblərdən qalxan kimi istifadə etdiyi iddiaları ilə bağlı Riviere: "Bu doğrudur, lakin hər hansı bir şübhə varsa belə, məktəb bombalanmamalıdır", - deyə bildirib.

Qəzzaya humanitar yardımlarla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də icra edilmədiyini bildirən de Riviere: "Humanitar yardım məsələsi müharibənin bir əlamətidir. Əslində, biz köklü siyasi məsələləri həll etməliyik. Növbəti mərhələyə keçmək üçün davamlı atəşkəs lazımdır. Qəzzada 2 milyon terrorçu yox, 2 milyon dinc sakin var. Terrorçuları hədəfə almaq eybi yoxdur, ancaq mülki insanları hədəfə ala bilməzsən. Fəq qoymadan davam etdirilən bombardmanlara son qoyulmalıdır", - deyə De Riviere mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb.скачать dle 12.1