Bia.Az

ABŞ kəşfiyyatı: HƏMAS Qəzzadakı xəstəxanadan komanda məntəqəsi kimi istifadə edir

Dünya
 3-01-2024, 14:09     105

ABŞ kəşfiyyat agentlikləri hesab edir ki, fələstinli yaraqlılar Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifadan komandanlıq məntəqəsi kimi istifadə ediblər və HƏMAS-ın 7 oktyabr hücumu zamanı əsir götürülmüş israilli girovları burada saxlayıblar.


Bizimyol.info xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadən "Associated Press" (AP) məlumat yayıb.

Agentliyin mənbəsi tərəfindən analiz edilən ABŞ kəşfiyyatının əvvəllər dərc olunmamış məlumatlarına əsasən, kəşfiyyat “nəticələrinə arxayındır”, Həmas və İslami Cihad qruplarının Əl-Şifa xəstəxana kompleksindən istifadə etdiyi, onun altında yerləşdirilən "komanda infrastrukturu, müstəqil şəkildə komandanlıq və nəzarət fəaliyyətini həyata keçirmək, müəyyən sayda silah saxlamaq və ən azı bəzi girovları saxlamaq üçün" obyektdən istifadə edilməsi barədə məlumatları təsdiqləyib.

Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ kəşfiyyatının ekspertləri hesab edirlər ki, HƏMAS yaraqlıları noyabrın 15-də İsrailin kompleksdə əməliyyatına başlamazdan bir neçə gün əvvəl xəstəxanadan təxliyyə ediblər. Onların İsrail hərbçiləri binaya daxil olmamışdan əvvəl məxfi sənədləri və elektron cihazları məhv etməyi bacardıqları iddia edilir.

"Washington Post" (WP) dekabrın 21-də öz araşdırması zamanı bildirib ki, Həmas yaraqlıları İsrailin iddia etdiyi kimi Əl-Şifa xəstəxanasından hərbi məqsədlər üçün istifadə etməyib və ya orada komanda və idarəetmə mərkəzi yaratmayıb. "WP"yə müsahibə verən ekspertlərin fikrincə, araşdırmanın nəticələri İsrailin xəstəxana kompleksi ərazisindəki hərbi əməliyyatı nəticəsində mülki əhaliyə dəymiş ziyanın məqsədəuyğunluğunu şübhə altına alır.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn bildirmişdi ki, ÜST əməkdaşları Qəzza zolağındakı xəstəxanalardan HƏMAS tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyinə dair sübut tapmayıblar.скачать dle 12.1