Bia.Az

Rusiya ən azı 500 raket atıb - Zelenski

Dünya
 3-01-2024, 01:49     232

Son beş gündə ruslar Ukrayna ərazisinə azı 500 raket və PUA-larla hücum edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Rişi Sunak ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna şəhərlərinə hava terrorunun davam etməsi müzakirə edilib.

Zelenski Böyük Britaniyanın Ukraynanın hava hücumundan müdafiə sistemi, xüsusən də radarlar, antidron sistemləri və raketlərlə güclənməsinə əhəmiyyətli dəstəyinə görə təşəkkür edib.скачать dle 12.1