Bia.Az

Erməniləri Qüdsdən köçürürlər - torpağı pula satıblar

Dünya
 3-01-2024, 01:07     236

Ermənilərə Qüdsün köhnə məhələsini boşaltmaq üçün vaxt verilib. Qeyd edək ki, Qüds şəhəri dörd məhəllədən ibarətdir - yəhudi, xristian, müsəlman və erməni. Ermənilər iddia edirlər ki, Qüdsə ilk dəfə 1600 ildən çox əvvəl məskunlaşıblar və onların sayı Osmanlı imperiyasından qaçanların hesabına daha da artıb. Amma son onillikdə onların sayı xeyli azalıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığının arxiyepiskop Nurxan Manukyan 2021-ci ilin yayında erməni məhəlləsinin cənub-qərbində yerləşən ərazini (25 faiz) iş adamı Daniel Rubinşteynə 99 illik icarəyə verilməsi haqqında müqavilə imzalayıb. Avstraliyalı iş adamı bu ərazidə yeddiulduzlu otel tikmək niyyətindədir. Qüdsün qala divarı daxilində bir kvadrat metr torpağın qiyməti 6 min dollara çatır. Yəni qiymət Manhetten və ya Honq Konqdan bahadır. Buna görə də bu əraziyə maraq çox böyükdür.
rtrtrt.JPG (46 KB)
Amma iş orasındadır ki, ermənilər iki il keçməsinə baxmayaraq icarəyə verilmiş ərazini boşaltmaq istəmirlər. Hətta bir neçə tanınmış hüquqşünasların xidmətindən yararalanmaq istəyirlər ki, sövdələşməni ləğv etsinlər. Ermənilərə görə, tarixdə torpaqların uzun müddətə icarəyə verilməsi faktiki olaraq onun itirilməsinə səbəb olub. Erməni patriarxlığı 1977-ci ildə mülkiyyətində olan torpaq sahəsini İsrail dövlətinə 40 il müddətinə icarəyə verib. Bu torpaqda dövlət çoxmərtəbəli binalar tikib. 40 ildən sonra erməni patriarxlıq icarədə olan torpağı geri qaytarmağa çalışsa da, nəhayətdə müqaviləni uzatmağa razı olub.

Erməni icması otel tikmək istədikləri hissənin ətrafında mütəmadi olaraq etiraz aksiyaları keçirərək torpaq hüququnu müdafiə etməyə çalışır. Sakinlər deyirlər ki, torpağı kimin icarəyə götürməsi onları maraqlandırmır. “Kimin almasından asılı olmayaraq, bu mülk dünyadakı bütün ermənilərə məxsusdur” deyə, İsraildə də ərazi iddialarına girmək havasından vaz keçmirlər.

Dekabrın son günündə icarədar tərəf erməni məhəlləsində onlara 99 illiyə icarəyə verilmiş əraziyə gələrək qanuni hüquqlarını bərpa etmək istəyib. Məlumatlara görə, nəticədə qarşıdurma yaranıb və bir neçə yerli erməni ağır yaralanıb. Ermənilər yenə adətləri üzrə hay-küy yaradaraq guya onları bu məhəllədən zorla köçürtmək istədiklərini deyiblər. Fransanın Qüdsdəki konsulluğu da erməni yepiskopun imzaladığı müqaviləyə baxmayaraq, sırf kommersiya layihəsini siyasiləşdirib. Bəyanat verərək bildiriblər ki, ermənilərin Qüdsün qədim məhəlləsindən zorla köçürülməsinə imkan verilməyəcək./Musavat.com/скачать dle 12.1